SİYASƏT
Kəlbəcərdə həlak olan əsgərlə bağlı YENİ MƏLUMAT
Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.
Bu barədə 32gun.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, qanunvericiliyə əsasən, E.Omarov şəhid statusu alacaq.
***
12:03
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.
Bu barədə 32gun.az-a Baş Prokurorluqdan məlumat verilib.
Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.