HADİSƏ

Axşam saatlarında dəhşətli hadisə - Ölən var

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

32gun.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Piyada, Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Malik Qardaşəli oğlu Qasımovu  “VAZ-2106” markalı avtomobil vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.
 

Oxşar Xəbərlər