HADİSƏ

Azərbaycanda DƏHŞƏT - Ölən var

Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.

32gun.az xəbər verir ki, hadisə sentyabrın 20-si saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən Şinkar Holding MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. //Report

Oxşar Xəbərlər