HADİSƏ
Azərbaycanda güclü YANĞIN
Şəmkir rayonunun Ağlavaşlı kəndində həyətyanı sahədə yığılan 24 ton ot bağlamasının 6 tonu yanıb.
32gun.az FHN-ə istinadla xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əldə etdiyimiz məlumata görə, ot bağlaması azyaşlı körpənin ehtiyatsızlığından yanıb.