HADİSƏ
İcra Hakimiyyətində ƏMƏLİYYAT - Saxlanılan şəxsin kimliyi bəlli oldu (YENİLƏNİB)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan birinin adı məlum olub.
32gun.az APA-ya istinadən xəbər verir ki, bu, Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.
*** 16:05
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
32gun.az xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.