KRİMİNAL

Bakıda gözəllik salonunda hadisə: Tutulan qadın kimdir?

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə rayon ərazisindəki gözəllik salonlarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 manat və 700 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar Xəbərlər