KRİMİNAL

Bakıda qadını amansızlıqla bıçaqlayan şəxs TUTULDU

Bakıda 31 yaşlı oğlan tanışı olan qadını öldürməyə cəhd edib.

Sabunçu rayon prokurorluğundan 32gun.az-a verilən məlumata görə, hadisə  ötən gün baş verib. Belə ki, dünən Bakıxanov qəsəbəsində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun V.Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Tərlan Qafarov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Oxşar Xəbərlər