HADİSƏ
Səhər saatlarında DƏHŞƏTLİ XƏBƏR: Tələbə intihar etdi - Nişanlı imiş (FOTO)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.
32gun.az xəbər verir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo