HADİSƏ

Azərbaycanda DƏHŞƏT - gənc qız amansızlıqla öldürüldü (YENİLƏNİB)

Oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

32gun.az xəbər verir ki, Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***12:02

Abşeron rayonunda qətl hadisəsi baş verib.

32gun.az  xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Kimliyi məlum olmayan, təxminən 15-19 yaşlı qızın bıçaqlanaraq öldürüldüyü bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Araşdırma aparılır.

Oxşar Xəbərlər