HADİSƏ

Bakı-Sumqayıt yolunda 5 avtomobili əzən sürücünün qəza anı - ANBAAN VİDEO

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, 5 avtomobil əzilib.

32gun.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 18-də saat 16:25 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrliyində “Mercedes” markalı avtomobilin sürücüsü Elməddin Abbasov eyni istiqamətdə hərəkət edən bir neçə nəqliyyat vasitəsi ilə toqquşub.

Daha sonra idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

 


 

Oxşar Xəbərlər