Göygöl-Gəncə yolunda zəncirvari qəza oldu - YENİLƏNİB
Gəncə-Göygöl avtomobil yolunda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzası hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
32gun.az xəbər verir ki, bunlar 1941-ci il təvəllüdlü Alim Cəfərov, 1964-cü il təvəllüdlü Rafael Qafarov, 1992-ci il təvəllüdlü Aqil Bayramov və 2006-cı il təvəllüdlü Elmir Hüseynovdur.
A.Cəfərovun vəziyyəti ağır olaraq qiymətləndirilir. /Report
***13:13
Gəncə-Göygöl avtomobil yolunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az xəbər verir ki, "İsuzu" markalı sərnişin avtobusu, "VAZ-2107" və "Passat" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində beş nəfər xəsarət alıb və yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində yolda tıxac yaransa da, sonradan nəqliyyat vasitələrin hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırmalar aparılır. /Report