HADİSƏ
Operativ Qərargah axşam saatlarında iki vacib məlumatı əhaliyə çatdırdı (FOTO)
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
32gun.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Bildirilib ki, bir gündə birinci, ikinci, üç və daha çox doza üzrə vaksin vurulmayıb. Pozitiv nəticədən sonra buster doza üzrə də vaksinasiya olunan yoxdur.