HADİSƏ

Müdafiə Nazirliyi məlumat yaydı - vəfat edən hərbçi ilə bağlı

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən 32gun.az-a bildirilib ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

"Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə açıqlamada qeyd olunub.

Oxşar Xəbərlər