HADİSƏ

Bakıda sevgilisindən ayrılan oğlan özünü binadan atdı

Bakıda gənc oğlanın özünü binanın 17-ci mərtəbəsindən atması ilə bağlı təfərrüatlar məlum olub.

32gun.az lent.az-a istinadən xəbər verir ki, 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu sevgilisindən ayrılıb. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub.

Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur.

İntiharın dəqiq səbəbləri isə Nizami rayon Prokurorluğunda davam etdirilən araşdırmalar nəticəsində bilinəcək.

Oxşar Xəbərlər