HADİSƏ

Azərbaycanda vəzifəli şəxsin qızını öldürən şəxs görün kimdir

Şərur Rayon Məhkəməsində idarə etdiyi avtomobildəki sərnişinin ölümünə səbəb olmuş Müştəba Məmmədova hökm oxunub.

32gun.az xəbər verir ki, hadisə ötən ilin mayın 2-də baş verib. Qəza zamanı avtomobildə sürücünün bacısı oğlu Nihad Bağırov, bacısı qızı Nurgül Bağırova və bacısı Tunzalə Bağırova olub. Müştəba Məmmədovun idarə etdiyi avtomobil ötmə əməliyyatını kobub şəkildə pozub və qarşıdan gələn digər maşına çırpılıb.

Qəza nəticəsində digər sərnişinlər ağır yaralanıb. Bacısı qızı Nurgül Bağırova isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Oxşar Xəbərlər