HADİSƏ

Məşhur iş qadını gəminin göyərtəsindən yıxıldı - Axtarışları davam edir (VİDEO)

Dünyaca məşhur brendin Türkiyə distributoru olan məşhur iş adamı Dilek Ertek ötən gün Taitidə gəmi gəzintisi zamanı göyərtədən okeana yıxılıb.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ertekin cansız bədəni hələ də tapılmayıb.

Ailəsinin verdiyi açıqlamada axtarışların və istintaqın davam etdiyi bildirilib.

Ertek'in ölümü yaxınlarını və iş dünyasını şoka salıb.

Qeyd edək ki, Dilek Ertek dünyanın ən məşhur lüks zərgərlik markalarından olan Tiffany Co-nun 20 ildən artıq Türkiyə distributoru olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər