HADİSƏ

Azərbaycanda piyadanı maşın vurub qaçdı - 4 gün sonra ÖLDÜ

Ağstafada avtomobil piyadanı vurub.

32gun.az xəbər verir ki, hadisə oktyabrın 30-u Köçəsgər-Ağstafa yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb. Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə piyada Məmmədov Rasim Kərəm oğlunu vuraraq, hadisə yerindən qaçıb.

Yaralı ağır xəsarətlərlə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o, noyabrın 4-də xəstəxanda vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar Xəbərlər