HADİSƏ
Bərdədə məktəbdə YANĞIN
Bərdə rayonunda məktəb yanıb.
Bu barədə 32gun.az-a Fövqəladə Hallr Nazirliyindən bildirilib.
Məlumata görə, yahğın Əyricə kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 532 m² olan (hər mərtəbəsi 266 m²) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.