EKONOMİKS
Bu gün rublla bağlı QƏRAR VERİLƏCƏK
2023-cü ildə Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin 8-9,5%-ə qədər artacağı proqnozlaşdırılıb.
32gun.az xəbər verir ki, bu barədə analitik Andrey Oparin məlumat verib.
Onun sözlərinə görə, cari ilin dekabrın 16-da keçiriləcək son iclasda Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini dəyişməyərək 7,5% səviyyəsində saxlayacaq. Lakin 2023-cü ildə tənzimləyici məzənnəni azaltmayacaq, əksinə, büdcə kəsirinin artması, rublun məhdud devalvasiyası fonunda onu ilin sonunadək illik 8-9,5% səviyyəsinə çatdıra bilər.
Həmçinin analitik qeyd edib ki, əgər gələn il büdcə kəsiri olmasa və istehlak aktivliyi səngisə, Mərkəzi Bank əsas faiz dərəcəsini endirə bilər.
Nurlan Şiraliyev