İDMAN

Ronaldo yenidən "Real Madrid"ə qayıdır?

Səudiyyə Ərəbistanının "Al Nassr" komandası ilə anlaşdığı iddia edilən Kriştiano Ronaldo ilə bağlı gözlənilməz iddia ortaya çıxıb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, "Real Madrid" klubu keçmiş ulduzu Ronaldo ilə görüşmək üçün hərəkətə keçib.

Dünya nəhənginin portuqaliyalı ulduzla tezliklə danışıqlara başlayacağı gözlənilir.

Bildirək ki, təcrübəli futbolçunun da karyerasını Avropada davam etdirmək istədiyi və “Real Madrid”dən təklif gözlədiyi bildirilir.

Eyni zamanda Ronaldonun adının hallandığı "Al Nassr" klubunun meneceri Marselo Salazar transferlə bağlı açıqlamasında, "Kristiano Ronaldonun transferinə "Bəli" və ya "Xeyr" demək mənə düşməz. Onun transferi ölkə və dünya futbolu üçün böyük danışıqları əhatə edir. İlin sonuna qədər nə baş verəcəyini gözləmək lazımdır" - deyə bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər