Məşhur musiqiçi faciəvi şəkildə dünyasını dəyişdi - Meyiti görün haradan tapıldı
Muğla şəhərinin Milas bölgəsində tanınmış musiqiçi Hakan Yelbiz sükan arxasında olarkən idarəetməni itirərək dərəyə yuvarlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, qəza nəticəsində H.Yelbiz dünyasını dəyişib, avtomobildə olan Sabine Ayper Yelbiz də ağır yaralanıb.
Məlumatda qeyd edilib ki, metrlərlə yuvarlanan avtomobil dərə yatağındakı ağaca çırpılaraq dayana bilib.
Hadisə yerinə təcili yardım , xilasedicilər sövq edilib. Avtomobildə sıxışmış vəziyyətdə qalan Yelbiz və Sabine Ayper Yelbiz yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq səhiyyə əməkdaşlarına təhvil verilib.
Həkimlərin müayinəsindən sonra musiqiçi Yelbizin dünyasını dəyişdiyi müəyyən edilib. Yaralı Sabine Ayper Yelbiz müdaxilənin ardından Milas Dövlət Xəstəxanasına çatdırılıb. Qəza ilə bağlı araşdırma başladılıb.
Nilufər