EKONOMİKS
Vergi borcundan narazı olan şirkət nazirliyi MƏHKƏMYƏ VERDİ
"REAL TRANSPORT" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı ərazi vergilər baş idarəsini məhkəməyə verib.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkət yazılan vergi borcundan şikayətçidir.
Gəncə İnzibati Məhkəməsinə təqdim edilən məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədiir.
Saytımıza verilən məlumata görə, hazırda şikayətçi olan şirkətin vergi borcu 290 min manata yaxındır (289913.34 AZN).
Nizamnamə kapitalı 100 AZN olan "REAL TRANSPORT" MMC-nin qanuni təmsilçi Emin Sultanov Məmməd oğludur.
Nilufər