EKONOMİKS
Pensiya və maaşlar nə qədər artacaq? - VİDEO
"Pensiya və maaşlardakı artım hamıya şamil ediləcək. Pensiyaların minimum həddinin 280 manata qaldırılması 100 min nəfərin pensiyasına öz təsirini göstərəcək".
32gun.az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
O əlavə edib ki, ötən il 400 AZN alan şəxs, bu il 478 manat pensiya alacaq: "Bu il ərzində pensiyaların bütün növlərinin artımı gözlənilir.
Eyni zamanda maaşlarda da artımlar olacaq. Maaşların hər birində 15 faiz artım gözləyirik. Məsələn, 400 manat maaş alanlarda 470 manat civarında artım olacaq".