SOSIAL
Ölən Vüqar Biləcərini qarşılarında canlı görən həmkarları ŞOK OLDU - VİDEO
Meyxanaçı Vüqar Biləcərinin obrazı canlandırılıb.
32gun.az xəbər verir ki, ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı Vüqar Biləcəriyə həsr olunub.
Dostları və ailəsi mərhum meyxanaçı barədə söhbət edilib və ondan xatirə qalan mücrü açılıb.
Meyxanaçının atası Zakir Paşayevin də sözləri ürəkləri dağlayıb:
"Evə gec saatda da gələndə məni qucaqlayıb öpürdü. Ürəyim partlayır ki, ölməli mən idim, o rəhmətə getdi. Hələ də yoxluğuna inanmıram. Özümü heç nə ilə ovuda bilmirəm. Elə bil mən uşaq idim, o böyük".
Nurlan Şiraliyev