SOSIAL

AZAL-ın vəzifəli şəxsi bu ölkədə ev aldı - 1 milyon 300 min manata (FOTOLAR)

AZAL-ın Amerikadakı təmsilçisi Elnur Ələkbərov bu ilin iyununda Nyu Yorkda 790 min dollara (təxm: 1 milyon 343 min AZN) mənzil alıb.

32gun.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Nyu Yorkda, şəhərin 3567 Shore Pkwy #H3A, Brooklyn, NY 11235 ünvanında yerləşən mənzilin qiyməti 790 min dollardır. Mənzili Elnur Ələkbərova türk əsilli Nyu York Akgök ailəsi satıb.

Qeyd edək ki, Elnur Ələkbərov 2017-ci ildən Nyu Yorkda AZAL-ın törəmə müəssisəsi kimi qeydiyyata alınmış AZAL TRAVEL INC. şirkətininin direktorudur./Qaynarinfo/+

Oxşar Xəbərlər