DÜNYA ÖZ XƏBƏR

Yeni evlənən cütlüyün başına iş gəldi: Toy hədiyyəsi partladı, bəy ÖLDÜ

Hindistanda yeni evlənən cütlüyün evində partlayış olub.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, toy hədiyyəsi olaraq verilən ev kinoteatrının partlaması nəticəsində bəy və qardaşı ölüb. Daha 4 nəfər isə ağır yaralanıb. Yaralılar arasında 18 aylıq körpənin olduğu da bildirilib. Həmçinin partlayış baş verən evin divarlarının və damının dağılması barədə məlumat verilib.

Hadisə ilə bağlı araşdırma başladan polis hədiyyənin içərisinə partlayıcı maddələrin qoyulduğunu və bunu edən şəxsin gəlinin köhnə sevgilisi olduğunu müəyyən edib. Nəticədə həmin şəxs polis tərəfindən saxlanılıb.

Nurlan

Oxşar Xəbərlər