DÜNYA ÖZ XƏBƏR

Məşhur aparıcının dediklərinə görə kanal cərimələndi - VİDEO

Radio və Televiziya Ali Şurasının (RTÜK) üzvü İlhan Taşçı sosial şəbəkədəki hesabından FOX "Ana Haber" verilişinin  aparıcısı  Gülbin Tosunun qalmaqallı debatı ilə bağlı açıqlama verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, RTÜK üzvü İlhan Taşçı aparıcınının qalmaqallı çıxışı ilə bağlı açıqlama verərərək kanalın cərimələndiyini bildirib:

 "RTÜK, əsas xəbər aparıcısı Gülbin Tosunun hökumətin qadınlarla bağlı "Oxumasın , evdən çıxmasın, uşaq dünyaya gətirsin"  anlayışını tənqid etdiyi üçün Fox TV-ni 3% cərimələdi".

Qeyd edək ki, Fox TV-nin aparıcısı Gülbin Tosunun Cümhur İttifaqının   genişlənməsindən sonra verdiyi açıqlamalar diqqət çəkmişdi.

Ayxan

Oxşar Xəbərlər