DÜNYA ÖZ XƏBƏR

İsveç Türkiyənin bu tələbini RƏDD ETDİ

İsveç hökuməti Türkiyənin tələbini rədd edib.

32gun.az bu barədə İsveçin TT xəbər agentliyinə istinadən məlumat verib.

Bildirək ki, Türkiyə tərəfi terror şübhəlisinin ekstradisiyasını tələb edirdi.

Qeyd edək ki, rədd tələbi Ali Məhkəmə tərəfindən təsdiqlənib. İsveç bu qərarla 50 yaşlı terror şübhəlisini Türkiyəyə ekstradisiya etməyəcək.

Xatırladaq ki, İsveç hökuməti NATO-ya daxil olmaq üçün Türkiyənin təsdiq cavabını gözləyir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər