Türkiyə polisi İstanbulun 22 rayonunda genişmiqyaslı əməliyyatlar keçirib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar Forex bazarındakı investisiya saxtakarlığı ilə bağlı baş tutub.
Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları, xüsusi əməliyyat polisi və bir sıra digər polis qruplarının iştirakı ilə keçirilən əməliyyatlar çərçivəsində 153 nəfər saxlanılıb. Bir çox rəqəmsal materiallar maddi sübut kimi götürülüb. Digər tərəfdən, əməliyyat çərçivəsində kiber cinayətlərə görə ümumilikdə 10 milyard lirənin mənimsənildiyi öyrənilib.
Qeyd edək ki, əməliyyat zamanı polis helikopterlərindən də istifadə olunub.
Nurlan Şiraliyev