Xəbər verdiyimiz kimi, aprelin 8-də İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.
32gun.az intihar edən gəncin fotosunu təqdim edir:

Qeyd edək ki, M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.
Nurlan Şiraliyev