"Ben Bu Cihana Sığmazam" serialındakı "Cezayir" rolunu canlandırab Oktay Kaynarcanın şəxsi həyatı yenidən gündəmə gəlib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Həyat hekayəsini sirr saxlayan aktyorun yaşadıqları son günlər üzə çıxıb.
Xüsusən də anası Nursel Kaynarcanın ağrılı hekayəsi ürək dağlayıb.
“Kurtlar Vadisi” serialında Süleyman "Çakır" obrazı ilə yaddaşlarda silinməz yeri olan Kaynarcanın anasının vaxtıilə əmisi ilə evləndirildiyi ortaya çıxıb.
Belə ki, Nursel Kaynarca həyat yoldaşını qəza nəticəsində itirib və ailə böyüklərinin qərarı ilə Oktay Kaynarcanın əmisi Adil Kaynarca ilə evləndirilib.

Oktay Kaynarca 2009-cu ildə atası Adil Kaynarcanı itirəndə bir çox qəzet və saytlar bu acı xəbəri "məşhur aktyorun atası dünyasını dəyişdi" kimi vermişdilər. Amma Adil Kaynarca əslində Oktay Kaynarcanın əmisi olub.

Məlumatda qeyd edilib ki, Oktay Kaynarca uşaq ikən valideynləri ilə birlikdə Berlində yaşayıb. Qəza baş verən ildə İstanbulda yaşayan əmisi həyat yoldaşını qardaşının yanına Almaniyaya tətilə göndəribmiş.

Həyat yoldaşını təyyarəyə mindirən əmi Adil Kaynarca hava limanında onun qarşılanması üçün Oktay Kaynarcanın atası Özkan Kaynarcaya zəng edib.
Qardaşının həyat yoldaşını hava limanında qarşılayan Özkan Kaynarca geri dönərkən yol qəzası keçirib.
Bu qəzada Oktay Kaynarcanın həm atası, həm də əmisinin həyat yoldaşı həyatını itirib. Həmin dövrdə Oktay Kaynarcanın beş yaşı olub.
Böyük kədərə səbəb olan bu hadisədən sonra ailənin böyükləri Oktay Kaynarcanın anası Nursel Xanımla əmisi Adil bəyin evlənməsinə qərar veriblər.
Oktay Kaynarca illər sonra həqiqəti öyrənib və bu vəziyyəti qəbul edib.

Məşhur aktyor Adil Kaynarcanın ölümündən sonra "Mən həm atamı, həm də əmimi itirdim" deyərək ən böyük sirrini bölüşüb.
Ayxan