HADİSƏ ÖZ XƏBƏR

Bakı-Şamaxı yolunda dəhşətli yanğın: "Hummer" yararsız hala düşdü (VİDEO)

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində "Hummer" markalı avtomobil yanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.

Yanğın nəticəsində avtomobil yararsız hala düşüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Bildirək ki, əraziyə yanğınsöndürən cəlb edilib, yanğının qarşısı alınıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər