Türkiyənin Karaman şəhərində endirimli məhsul almaq istəyənlər izdihamda əzilmək təhlükəsi ilə üzləşib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə ötən gün ticarət mərkəzində geyim mağazasında baş verib. Mağaza bəzi məhsullarına endirimlər edəcəyini açıqlayıb. Bunu eşidənlər paltar almaq üçün ticarət mərkəzinə gediblər.



İşçilərdən biri qapının önünə toplaşan müştərilərin üzərin endirimli malları atıb. Məhsulu almaq istəyən müştərilər əvvəlcə izdiham yaratdılar. Hətta bir qadın yerə sürüklənib.
Başqa bir mağaza əməkdaşı həmin anları mobil telefonun kamerası ilə çəkərək sosial media hesabında paylaşıb.

Bunu görən qadın müştəri sərt reaksiya verib və baş verənləri mobil telefonunun kamerası ilə lentə alıb. Mağaza müdiri isə məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.
Ayxan
