Yasamal Rayon İcra Hakimiyyətinin balansında olan “İnşaatçılar” metrosunun çıxışları zəbt olunur.
32gun.az-ın əməkdaşı sözügedən ərazidə reportaj hazırlayıb.
Apardığımız müşahidələr nəticəsində məlum olub ki, sözügedən metronun hər iki istiqamətində hərəkət etmək müşkül məsələyə çevirilib. Az qala metronun çıxış hissəsinin dörd bir yanında 2013-cü ildən Bakının sabiq meri Hacıbala Abutalıbovun sifarişi ilə yığlan, yeni qəzet köşkləri ilə əhatələnib. Adı qəzet köşkü olsa da, orada qəzetdən başqa bütün məhsulların satışının həyata keçirdiyinin şahidi oluruq.
Bir sözlə köşklərdə adına uyğun olmayan əşyalar satılır. Köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə edilir.
Yeri gəlmişkən COVID-19-un müayinəsi üçün metronun çıxışında qurlaşdırılan tibb məntəqəsi də, artıq telefon mağazası kimi fəaliyyət göstərir.
Ötən ilə kimi demək olar ki, əksər metroların çıxışlarında qurulan müvəqqəti məntəqələr artıq ticarət obyektlərinə çevirilib.
Bu məntəqələrin kimlər tərəfindən satıldığı isə hələlik ictimaiət tərəfindən heç kəsə məlum deyil.
Stansiyalarının qarşısında alverçilərin əlindən tərpənmək olmur. Metronun qarşısında xırdavat mallarından tutmuş, qida məhsullarına kimi yerə tökülərək satılır. Alverçilərin səs-küyü və yerə tökdükləri malların əlindən həmin ərazidən keçmək böyük problemə çevrilib.
Bir sözlə bir vaxtlar Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun tərəfindən metro keçidlərində ticarət xaosu yaranmışdı, indi çölündə bu hal təkrarlanır. Ölkə başçısı İlham Əliyevin 2014-cü ildə ciddi tapşırığından sonra metro keçidləri bu xoşəgəlməz “ticarətdən” təmizləndi. Vaxtı ikən xeyli sayda sahibkar bu ərazilərdə Tağı Əhmədova və onun yaxın çevrəsində pul verərək qeyri-qanuni tikilən köşklər almışdılar. Sözügedən köşklər yığışdırılanda sahibkarlar nə Tağı Əhmədov tapa bildi, nə dəki onlara dəyən ziyan qaytarılmadı.
Hazırda da əksər metro çıxışları bu vəziyətə salınıb və demək olar ki ərazilərdə ticarət xaosu yaşanır. Metronun ətrafında 5 mərtəbəli binaların qarşıları, padvalları da qeyri-qanuni artırılaraq ticarət obyektlərinə çevirilib.
Bəs görəsən bu “obyektlərin” salınmasına müvafiq dövlət qurumları niyə göz yumur?
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi demək olar ki, hər gün məlumat yayaraq hansısa bir qanunsuz tikinti işləri dayandırılması və bu obyektlərin nəzarətə götürülməsi ilə bağlı məlumat yayır. Bəs görəsən FHN salınan bu təhlükəli obyektləri niyə görmür?
Bu sual Bakı şəhər İcra Hakimiyyəti, mövzu İnşaatçılar metrosu olduğundan Yasamal rayon İcra başçısı, cənab Elşad Həsənova da aiddir. Vətəndaş icazəsiz balaca bir eyvan çıxaranda icra hakimiyyəti dərhal bunu görürsə, bu böyüklüyündə eybəcər tikililəri, ticarəti icra hakimiyyəti və müvaffiq qurumlar niyə görmür?...
Ayxan