Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna böhranını müzakirə etmək üçün bir sıra ölkələrə səfər edəcək.
32gun.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin məlumat verib.
Bildirilib ki, Li Hui mayın 15-dən etibarən Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edərək, bu tərəflərin hər biri ilə Ukrayna böhranının siyasi həllini müzakirə edəcək.
Münaqişənin həlli üzrə xüsusi nümayəndənin təyin edilməsi barədə qərar, Çin prezidenti Si Tsinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən danışıqlardan sonra açıqlanıb.
Nurlan Şiraliyev