"Qarşımıza hansı tələ qurulursa qurulsun, ölkəmizə xidmətdən vaz keçməyəcəyik".
32gun.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu barədə "Twitter" hesabında paylaşım edib.
Paylaşımda, "Hansı hücumlarla üzləşsək də, millətin iradəsinə, demokratiyamıza kölgə salmayacağıq. Lazı gələrsə, 15 iyul gecəsi etdiyimiz kimi müstəqilliyimizi və gələcəyimizi qoruyacağıq” - ifadələrini işlədib.
"Son 21 ildə hər sahədə Türk Əsrinin inkişafını təmin etdik. İnşallah mayın 14-də "Türk Yüzyılı"nın inşasına başlayacağıq. Bir olacağıq. Böyük olacağıq. Yaşayacağıq. Qardaş olacağıq. Birlikdə Türkiyə olacağıq" deyə, Ərdoğan sözlərinə davam edib.
Nurlan Şiraliyev