“Zeytun Pharmaceuticals” MMC məhkəməlik olub.
32gun.az-a daxil olan məlumata görə, sözügedən şirkət ticarət qaydalarını pozub.
İnzibati Xətalar Məcəlləsinin 452.3-ci maddəsi ilə “Zeytun Pharmaceuticals” barəsində protokol hazırlanıb. Hazırlanmı protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilib.
Bildirək ki, “Zeytun Pharmaceuticals” şirkəti 2014-cü ildə fəaliyyətə başlayıb və qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. Nizamnamə Kapitalı isə 2000 AZN-dir.
Mətbuatda gedən məlumatlara görə, Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.
Mətbuatda gedən digər məlumatlara görə, “Zeytun Pharmaceuticals” şirkəti 2022-ci ildə may ayına qədər 1 il ərzində ümumilikdə 79 milyon manatlıq tenderim qalibi olub.
Ayxan