Türkiyədə üç nəfərin ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, Enes Eren adlı motosiklet sürücüsü yol kənarındakı piyadanı vurub. Qəza nəticəsində ağır yaralanan şəxslər Düzce Universiteti Xəstəxanasına çatdırılıb. Lakin edilən bütün müdaxilələrə baxmayaraq Enes Eren, Ömər Faruk Baltacı (motosikletdəki sərnişin) və Ali Acar (piyada) dünyasını dəyişib.
Qəza ilə bağlı araşdırmalara başladılıb.
Nurlan Şiraliyev