“ATA İttifaqı”ndan prezidentliyə namizəd Sinan Oğan "Gələcək Partiyası"nın sədri Əhməd Davudoğlu ilə görüşüb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankarada keçirilən görüş zamanı ikinci turla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, görüş üç saat davam edib.
Xatırladaq ki, Sinan Oğan ilk turda 5,17% səs toplayaraq seçkinin II tura keçirilməsində mühüm rol oynayıb.
Nurlan Şiraliyev