DÜNYA ÖZ XƏBƏR

5 milyonluq evdən 50 ton zibil çıxarıldı - Qoxudan narahat olan qonşular polisə müraciət etdi (FOTO)

Əskişəhərdə ətrafa pis qoxuların yayıldığı 5 milyon lirə dəyərində olan evdən 50 tona yaxın zibil çıxarılıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildrir ki, Odunpazarı Bələdiyyəsi əçəkdaları bir binanın ikinci mərtəbəsində yerləən mənzildən pis qoxu gəldiyi ilə bağlı sakinlər ikayətlərini dilə gətirib.  

Şikayətdən sonra bələdiyyə əməkdaları hərəkətə keçib. 

Tək yaşayan və əqli qüsurlu olan 55 yaşlı Bülənt K.-nin evdə zibil yığdığı müəyyən edilib. 

Polis əməkdaşları ilə birlikdə evə təmizlik içiləri gəlib. Lakin Bülent K  qapını açmadığı üçün çilingərin köməkliyi ilə mənzilə daxil olublar. 140 kvadratmetrlik mənzilin bütün otaqlarının zibillə dolduğunu görən təmizlik qrupları içəridə işə başlayıb Mənzildə olan 50 tona yaxın zibil şəhər zibilliyinə daşınıb.

Evdə səhər saatlarında başlayan iş axşam saatlarında yekunlaşıb. Bələdiyyə işçilərinin 12 saat ərzində təmizlədiyi evdən 16 maşın zibil çıxardığı bildirilib. Təmizlik işlərindən sonra mənzildə dərmanlama işləri aparılıb.

Ayxan

5 milyon liralık evden 50 ton çöp çıktı

 

Oxşar Xəbərlər