Antalyanın Manavqat bölgəsində sahibinə məxsus zooparkda şirlərlə selfi çəkdirmək üçün qəfəsə girən ailə dəhət yaayıb. Belə ki, ailəyə şir hücum edib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, ana D.A və ata T.A mayın 13-də 4 yalı oğulları A.A ilə birlikdə özəl zooparka gediblər. Zooparkda vaxt keçirən ailə bir müddət qəfəsdə yatan şirə tamaşa edib.
İddialara görə, A.A.-nın həmin vaxt qəfəsin yanında dayanan, həmin zooparkda çalışan dayısı baxıcısı olduğu aslanların aqressiv olmadığını, selfi çəkə biləcəklərini deyib.
Daha sonra ailə şirlə selfi çəkmək üçün qəfəsə girib. Ailə qəfəsə girən zaman yatdığı yerdən sürətlə ayağa qalxan şir A.A-ya hücum edib.
Bu zaman heyvan azyalının başına pəncəsi ilə vurub. Bu zaman 4 yalı körpənin baş dərisinin böyük hissəsini kəqopub. Şir baxıcının və ətrafdakıların müdaxiləsi ilə oradan uzaqladırılıb. Körpə təcili xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun kəllə-beyin travması almadığı bəlli olub. Əməliyyat ediləln A,A-nın qopan ba dərisi yerinə tikilib.
10 gün xəstəxanada müşahidə altında saxlanılan uşağın psixoloji sarsıntı keçirdiyi müəyyən edilib. Psixoloqla müalicəsi başa çatdıqdan sonra evə buraxılan A.A.-nın bir müddət psixoloji vəziyyətinin nəzarət altında olacağı bilidirilib.
Ayxan