Bartının Kozcağız qəsəbəsində R.K (58) oğlu işdə olarkən yuxarı mərtəbədə yaşayan gəlini T.K-nın (31) evinə gələn mağaza sahibi Aykut Yıldızı (29) sinəsindən bıçaqlayaraq öldürüb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə dünən axam saatlarında baş verib.
Hadisə ilə bağlı məlumatda bildirilir ki, qəsəbədə ticarətlə məşğul olan Aykut Yıldız həyat yoldaşı işdə olarkən T.K-nın evinə gedib.
Bu vaxt T.K-nın aşağı mərtəbədə yaşayan qayınatası R.K, Aykut Yıldızın gəlinin evinə girdiyini görüb. Yuxarı çıxan R.K ilə Aykut Yıldız arasında mübahisə düşüb. Mübahisə zamanı R.K Aykut Yıldızın sinəsindən bıçaqlayıb.
Səs eidən qonular polisə və təcili yardıma məlumat verib. Təcili olaraq xətəxanaya çatdırılan Aykut Yıldızı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaq baladılıb. R.K və gəlini T.K jandarma tərəfindən saxlanılıb.