Hindistanda qəribə hadisə baş verib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Uttar Pradeş əyalətinin Bareilly şəhərində bir cütlük 2,5 illik münasibətlərini evliliklə taclandırmaq istəyib. Toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy gözdən itib.
Ölkədə “mandap” kimi tanınan toy mehrabının altında ənənəvi toy geyimində gözləyən gəlin bəyə zəng edərək onun harada olduğunu soruşub. Bəydən “Anamı toya gətirəcəm” cavab alan gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib.
Ən azı 20 kilometrlik iki saatlıq təqibdən sonra gəlin bəyi Bareilli kənarında avtobusda tapıb. Ailələrin dəstəyi ilə Bareilli kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.
Toy görüntülərində bəyin mərasimə gündəlik geyimində gəldiyi görülüb.
Ayxan