DÜNYA ÖZ XƏBƏR

Özəl məktəbdə PARTLAYIŞ: Üç şagird və bir müəllim yaralandı

Diyarbəkirdə özəl məktəblərin birində təcrübə üçün istifadə olunan materialları qarışdırarkən partlayış baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, baş verən partlayışda 3 şagird və 1 müəllim yaralanıb.

Olay yerinə  səhiyyə və polis əməkdaşları sövq edilib. Yaralılar hadisə yerində ilk müdaxilənin ardından Xəstəxanaya aparılıb. Yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı məlumatda qeyd edilir ki, müəllimlər və tələbələr təbiət fənni dərsində təcrübə aparmaq üçün bağçaya eniblər. Təcrübədə istifadə olunan materialların qarışdırılması zamanı partlayış baş verib.  

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan

Oxşar Xəbərlər