Teymur Əhmədov adına "AZNAR" QSC-nin "GRANTE TRADİNG" filialı məhkəməlik olub.
32gun.az-a daxil olan məlumata görə, Xəlilzadə Fərid Rasim oğlu adı çəkilən şirkətlə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə baş vurub.
X.Fərid sözüqgedən QSC-nin əməkdaı olub. O haqsız yerə işdən çıxarıldığını iddia edərək məhkəməyə baş vurub.
Məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - İşə bərpa məsələlərindən ibarətdir.
Bildirək ki, Teymur Əhmədov adına "AZNAR" QSC Rusiya vətəndaşı olan azərbaycanlı milyarder Fərhad Əhmədovun atasının adını daşıyır. Lakin Teymur Əhmədov adına "AZNAR" QSC-nin "GRANTE TRADİNG" filialı F. Əhmədovun qardaşı oğlu, atasının adaşı Teymur Əhmədov tərəfindən "AZNAR" QSC-nin tərkibində yaradılıb.
Milyarderin qardaşı oğlunun "GRANTE TRADİNG" şirkəti barəsində mətbuatda xeyli qalmaqallaı məqamlar işıqlandırılıb.
Mətbuatda gedən məlumata görə, T.Əhmədov Bakıda "AzNar”-ın idarəçiliyi altında "Grante Trading” filialını yaradıb. İlk vaxtlar "Grante Trading”-də işlərin yaxşı getməsinə baxmayaraq, o, "AzNar”da və filialda idarəçilik prinsiplərini dəyişməyə başlayıb. Pul axınlarına nəzarət etmək üçün o, "AzNar”-a uşaqlıq dostu olan Bağırlı Soltanı, filiala isə Ələkbərov Anar Azər oğlunu təyin edib.
Vətəndaşların ölkədəki redaksiyalardan birinə ünvanladığı məktubda yazılır ki, bu üç şəxs "AzNar”-ı və filialı demək olar ki, talayıblar.
Ayxan