DÜNYA ÖZ XƏBƏR

Azyaşlı pəncərədən yıxıldı - Avtomobilin üzərinə DÜŞDÜ

İstanbulda bədbəxt hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki yaşlı qız (Sude A.) yaşadığı mənzilin ikinci mərtəbəsindən yıxılıb. Pəncərədən yıxılan azyaşlı binanın qarşısındakı avtomobilin üzərinə düşüb. Nəticədə ağır yaralanan Sude A. ilkin müdaxilələrdən sonra dərhal xəstəxanaya aparılıb.

Hadisə şahidləri isə təcili yardım avtomobilinin gec gəlməsindən gileylənərək, məhəllələrində qurulan bazarın maneə yaratdığını, elə bu səbəbdən də xidməti avtomobillərin bura gəlməkdə çətinlik çəkdiklərini dilə gətiriblər.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər