ABŞ-ın Missuri ştatının Qover şəhərində 4 il əvvəl 95 yaşında dünyasını dəyişən Vilhelmina Lankaster adlı rahibə məzarından çıxarılıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, məzardan çıxarılan cəsədi örənlər şoka düşüb.

Hamını təəccübləndirən odur ki, cansız bədəninə keşiş paltarı geyindirilmiş qadının cəsədində heç bir parçalanma əlaməti yoxdur.

2019-cu ildə ölən, "Möcüzə" olaraq xarakterizə edilən Lankasterin cəsədi Benedikt rahibələrinin qurbangahına köçürülüb. Lankasterin cəsədi nümayiş etdirilir və hər gün minlərlə insan onu ziyarət edir.
Rahibənin cənazəsi mayın 29-dək ziyarətçiləri qəbul edəcək, daha sonra isə yenidən qəbiristanlıqda öz yerini tutacaq.
Ayxan

