Rusiyadakı onlayn alış-veriş mərkəzinin ofisində aparılan axtarış görüntüləri dünya mətbuatında geniş əks-səda doğurub.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Qadın işçiləri alt paltarlarına qədər soyunmağa məcbur edən axtarış görüntüləri reaksiyaya səbəb olub. İş yerindəki oğurluq hadisələri ilə bağlı aparılan axtarış zamanı qadın işçilərin soyunmağa məcbur edildiyi anları anbaan lentə alınıb.
Sözügedən görüntülərin internetdə yayılmasından sonra araşdırma aparılıb.
Life.ru saytının xəbərinə görə, qadın işçilərin anbardan mal oğurlayıb-oğurlamaması ilə bağlı gün ərzində iki dəfə - səhər və axşam saatlarında iş yerində yarıçılpaq axtarış aparılır.
Xəbərdə qeyd edilib ki, “Qadın işçilər soyunaraq axtarış yerinə gedirlər. Bu zaman onların bu görüntüləri lentə alınır. Prosedur anbar işçilərinin alt paltarlarını soyundurularaq axtarış edilməsi ilə başa çatır. Bu hal şirkətin anbarlarda oğurluğa qarşı mübarizə aparmaq siyasətinə çevrilib”.
Ayxan