Xəbər verdiyimiz kimi, Türkiyənin caz musiqiçisi İlham Gencer 100 yaşında vəfat edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçinin cəsədi müalicə aldığı xəstəxanada çıxarılaraq Bodrum-Milas hava limanına gətirilib. Ardınca isə dünən saat 18.30 radələrində İstanbula yola salınıb.
Bildirək ki, İlham Gencerlə vida mərasimi bu gün baş tutacaq. Onu da əlavə edək ki, sənətçi Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.
Nurlan Şiraliyev