DÜNYA ÖZ XƏBƏR

Havada olan təyyarənin çıxış qapısını açdı - Həbs edildi

Cənubi Koreyanın Ceju adasından havaya qalxan "Asiana Airlines"a məxsus sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. 

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, 30 yaşlı sərnişin enişə hazırlaşan təyyarənin təcili çıxış qapısını açıb. Təyyarə qapısı açıq vəziyyətdə Daequ Beynəlxalq Hava Limanına eniş edib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Məlumata görə, təyyarədə olan sərnişinlərin bir neçəsinin halı pisləşib. Aviaşirkət hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Nurlan Şiraliyev

Man arrested after opening door as plane prepared to land in South Korea, 9 people taken to hospital - Yonhap pic.twitter.com/2cCmwV27Yg

— BNO News (@BNONews) May 26, 2023

Oxşar Xəbərlər